Yevlaxda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan A.Qənbərov və E.İsmayılovun rayon ərazisindəki evlərin birindən soyğunçuluq yolu ilə səkkiz min manat oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.