Operativ Qərargahın ümumi rəyi bundan ibarətdir ki, Yaranmış siuasiya Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsinə və uzadılmasına əsas vermir.

"Təzəxəbər.com"un məlumatına görə, Bunu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqində Nazirlər Kabinetinin Aparatının Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

O əlavə edib ki: "Bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüşlər olsa da, Operativ Qərargah ölkədə sərtləşməyə qayıtmağı vacib bilmir." 

İbrahim Məmmədov həmçinin qeyd edib ki, hazırkı vəziyyətdə karantin rejimin yumşaldılması yaxud ləğv edilməsi də mümkün deyil.