Xaçmazda 45 yaşlı kişi itkin düşüb.

"Tezexeber.com" bildirir ki, bu barədə Oxu.Az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 45 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Zaur Həmidovun əlamətləri - boyu 172 sm, orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır. Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.  


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq, məlumat vermələri xahiş olunur.