Rüstəm Usubov Baş Prokurorun 1-ci müavini vəzifəsindən azad edilib.

Rüstəm Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı şəhər prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib. 21 may 2020-ci ildə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib

ll dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Baş Prokurorluğun Ali Attestasiya Komissiyasinin sədridir.

Ailəlidir, üç övladı var.