Metropolitenin polis şöbəsinə yeni polis rəisi təyin olunub.

"Tezexebercom" xəbər verir ki, Daxili işlər naziri General-Polkovnik Vilayət Eyvazov bununla bağlı yeni əmr imzalayıb.

Əmrə əsasən, Metropolitn Polis şöbəsinin rəisi Əli Əliyev təyin edilib. Bu vəzifəni bir neçə gün əvvəl işdən azad edilən Samir Hüseynov icra edirdi.