Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən azad edilib.

"Tezexeber.com" oxu.az-a istinadən xəbər verir ki, mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Hələlik bu vəzifəyə kimin təyin olunacağı barədə məlumat yoxdur.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə başçılıq edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində işləyib.