Türkiyədə iyun ayının ilk 5 günündə pandemiya tamamilə bitmiş olacaq.

"Təzəxəbər.com"ın big.az-a istinadən verdiyi xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Pərviz Sultanov bildirib.

Onun sözlərinə əsasən, 10 iyun tarixindən Türkiyə-Azərbaycan sərhədləri tamamilə açılacaq.

Azərbaycan vətəndaşları xəstəxanalardan koronavirus xəstəsi olmadıqlarını təsdiqləyən (ən son bir həftə ərzində alınmış) sənədlə Türkiyəyə səyahət edə bilıcəklər.

Qeyd olunur ki, İstanbul Hava limanında 2-2.5 saat ərzində sürətli testlərlə onların son vəziyyətləri nəzarətə alınacaq, lakin sağlam olduqları təqdirdə karantində saxlanılmayacaqlar.