Aktrisa Könül Yusif qızı karantin rejimi zamanı kasıb ailələr üçün yardım kampaniyası təşkil edən Kamil Zeynallıdan yazıb.

“Tezexeber.com” xəbər verir ki, aktrisa idmançının fotosunu “İnstagram”da paylaşaraq, ona təşəkkür edib.

“Allah yolunu açıq etsin, ruzi bərəkətini bol etsin.

Sənin daşın düşsün o bəzi 50 dəfə həccə gedib balasina aliment, doğmasına qəpik qıymayanların başina”,- deyə, o, qeyd edib.