“Qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur”.

"Tezexeber.com"un oxu.az-a istinadən verdiyi məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, tarix dəyişə bilər: 

“Bu, vəziyyətdən asılıdır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında - 700 ballıq şkala əsasında aparılacaq”.

“I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə)”, - deyə sədr qeyd edib.