Elə bir maliyyə nəzarəti aparılan qurum yoxdur ki, orada nöqsanlar aşkarlanmasın.
Bunu  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri  Sadiq Qurbanov  Milli Məclisdə “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, aparılan yoxlamalar nəticəsində müəyyən vəsaitin dövlət büdcəsinə bərpa olunsa da, nəticələr ürəkaçan deyil: “Cavabdeh vəzifəli şəxs məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin büdcəyə bərpa olunması həmin şəxsləri bu məsuliyyətdən azad etməməlidir. Təklif edirəm ki, Hesablama Palatası Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələrə uyğun olaraq, dövlət vəsaitlərindən səmərəsiz istifadə edilməsi hallarına ciddi nəzarət etsin” – komitə sədri bildirb.