Əfqanıstanın Kabil şəhərində xəstəxanalardan birinin qarşısında partlayış baş verib.

“TOLOnews” xəbər verir ki, partlayış hərbçilərin xəstəxanaya daxil olmasından sonra qeydə alınıb.

İki partlayışın baş verdiyi, ardınca silah səslərinin eşidildiyi bildirilir.

Həkimlərin bəziləri xəstəxanadan çıxa bilməyiblər.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Partlayış nəticəsində beş nəfərin öldüyü, dörd nəfərin yaralandığı qeyd edilir.

Hadisənin kamikadze tərəfindən törədildiyi, ölənlərdən ikisinin polis əməkdaşı olduğu bildirilir.