İyunun 1-dən bəzi qadağalar qaldırılacaq.

"Təzəxəbər.com" metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verib.
Sədr ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb:

"Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdə olacaq. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş, həmçinin restoranların tam gün şəkildə fəaliyyətinin yenidən bərpa olunması daxildir, bu mümkündür. Masada bu məsələlər müzakirə olunur".