Yolun sonuna kimi dözum verən Allahdır

İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı məsələ ilə bağlı jurnalistlərin suallarını cavabsız qoysa da, gecə “İnstagram”da foto yayımlayaraq, baş verənlərə reaksiya verib.

 O, əllərini göyə açaraq, dua edən qadın əllərinin görüntüsünü paylaşaraq bu sözləri qeyd edib.

“Allah qəlbləri görub,onu mukafatlandıran Allahdır.

Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb durduğunda, ona yolun sonuna kimi dözum verən Allahdır.

Allah dualarimizi qebul etsin”,- deyə, qeyd edib. İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar.

Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.