“Hazırda çimərliklərin açılması gündəmdə deyil”.
"Tezexeber.com"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bulvar və digər parkların açılması məsələsi də qarşıdakı həftələrdə müzakirə edilə bilər:
“Növbəti həftədə koronovirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zallarının və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz bu prosesləri mərhələli şəkildə aparacağıq” - deyə sədr əlavə edib. oxu.az