Baş Prokurorluqda ciddi kadr dəyişiklikləri baş verir.

"Tezexeber.com" BakuPost-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev birinci müavini Rüstəm Usubovun, müavin Namiq Əsgərovun, digər müavin, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Nazim Rəcəbovun tutduqları vəzifədən azad olunmaları üçün Prezident İlham Əliyevə təqdimat göndərib.

Onlarla bağlı Prezidentin bu gün sərəncam imzalıyacağı gözlənilir.

İşdən azad edilən şəxslərin ikisinin yerinə kimlərin təyin ediləcəyi də artıq məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BakuPost-a bildirib ki, rəsmi sənəd olmadığından sözügedən məsələ ilə bağlı açıqlama verə bilməz.