Binəqədi rayonunda azyaşlı qıza qarşı zorlama və seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ata və oğul həbs edilib.
İyrənc cinayəti törətməkdə şübhəli bilinən Cümşüdov Ceyhun Əziz oğluna Cinayət Məcəlləsinin 149.3.3-cü ( Zorlama- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə, oğlu Cümşüdzadə Yasim Ceyhun oğluna isə 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri etmə- təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. 
Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirquliyevin qərarı ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu maddə ilə onları səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cazası gözləyir.