Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Təzəxəbər.com" oxu.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev sükanı arxasında olduğu “Nissan” markalı avtomobilin idarəetməsini itirərək, nəqliyyat vasitəsini aşırıb.

Nəticədə, S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 20 yaşlı Azər Bədirli isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işinə başlanılıb.