Bakı metrosunda gediş haqqının qaldırılacağına dair yayılan söz-söhbətə aydınlıq gətirilib.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov AzTV-nin “Gündəlik” verilişinə telefonla əlaqəsi zamanı deyib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətindədir

“Şayiələr ona görə oldu ki, insanlar metronun guya qiymətlərin qaldırılması üçün açıldığınısöyləməyə başladılar. Lakin koronavirus bütün dünyada ictimai nəqliyyatın hərəkətində müəyyən problemlər yaranmasına səbəb olduğu kimi, ölkəmizdə də metro fəaliyyətinin dayanmasına gətirib çıxardı.
Karantinin yumşaldılmasından sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Bakı metrosu yenidən işləməyə başladı. Həm də Operativ Qərargahın metodiki göstərişləri əsasında. Amma bu, şayiələrin yaranmasına bir əsas vermir.

Bütün bunların məqsədi Azərbaycanda ictimai nəqliyyat sahəsində gediş-gəlişi asanlaşdırmaq, sərnişinlərə xidmətdir”.