“Yaxın zamanda 65 yaşdan yuxarı şəxslərlə bağlı xüsusi karantin rejiminin yumşaldılması qərarı verilə bilər”.

"Tezexeber.com"un "Ölkə.Az"a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, məsələ hazırda  gündəmdədir:

“Burada bizim gənclərin öz böyüklərini qorumaq üçün atacağı addımlardan çox şey asılıdır”.

O qeyd edib ki, hər kəs qaydalara riayət etməlidir.