Yevlax rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən İdris Rəcəbovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Tezexeber.com "Ölkə.Az"a istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqqiləşdirilib.

İş üzrə məhkəmə baxış iclası mayın 19-na təyin olunub.

İttihama görə görə Yevlax rayon sakini İdris Rəcəbov 15 yaşlı Ə.İ-ilə zorla cinsi əlaqədə olub.
Bundan sonra qız İdris Rəcəbovun barəsində polisə şikayət edib.

Polis əməkdaşları tərəfindən saxlanılan İdris Rəcəbovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.