Bakıda qisas məqsədi ilə atasını yandıraraq öldürən İlyas Mehtiyevin cinayət işi.

"Tezexeber.com" xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində olub.

Qəsəbədə yaşayan İlyas Mehdiyev köməksiz vəziyyətdə olan 81 yaşlı atasının üzərinə benzin tökərək onu yandırıb. Hadisədən sonra İlyas Mehdiyev 14-cü polis bölməsinə gələrək atası İmdad Mehtiyevi ailə münaqişəsi zəmnində öldürdüyünü bildirib.
İstintaqla müəyyən olub ki, İlyas Mehtiyev qisas almaq məqsədi ilə atası İmdad Mehtiyevi xüsusi əzab verici üsulla yəni diri-diri yandıraraq qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə gecə saat 2-də Maştaga qəsəbəsindəki yanacaqdoldurma məntəqəsindən benzin alaraq evə gəlib. Atasını yuxudan oyadaraq evdən çıxıb getməsini deyib. Bu səbəbdən aralarında yaranan söz-söhbət zamanı benzini atasının üzərinə tökərək onu diri-diri yandırıb. 

Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik.