Türkiyədə 21 yaşlı oğlunu öldürüb qaçan ata intihar edib.

"Tezexeber.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlidə 21 yaşlı oğlu Şahin.Y ilə mübahisə edən Ünal.Y oğlunu güllələyərək öldürdükdən sonra qaçıb.

Ünal .Y-nın meyiti işlədiyi alma bağından 1 kilometr uzaqlıqda tapılıb. O, başına odlu silahdan atəş açaraq intihar edib.

Araşdırmalar zamanı Ünal.Y-nın ondan boşanmaq istəyən həyat yoldaşı Səlma.Y-nı bıçaqladığına görə həbsxanada yatdığı bəlli olub.