Bakıda mənzildə qumarxana təşkil edən şəxs saxlanıldı
"Tezexeber.com" "Ölkə.Az"a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə. Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T. Rüstəmovun evində qumarxana aşkarlanıb və o, saxlanılıb. 
Faktla bağlı cinayət işi başlanıb.