“2012-ci ildə Azərbaycandan qayıdandan sonra Rendall Brenesi heyətimizə cəlb etmək üçün büdcəmizdən vəsait təklif etdik. Həmin vaxt yerli çempionat artıq çoxdan başlamışdı". 
“Report”un məlumatına görə, bu fikirləri Kosta Rikanın “Kartaxines” klubunun sabiq prezidenti Xose Luis Rodriges “columbia.co” saytına “Xəzər Lənkəran”ın keçmiş oyunçusu Rendall Brenesin iddialarına münasibət bildirərkən deyib.
36 yaşlı hücumçu iddia edir ki, klubun keçmiş rəhbəri onun kluba qayıtmasından istifadə edib, biletlərin qiymətini qaldırıb. Brenesin fikrincə, Rodriges azarkeşlərin təzyiqinə görə onu komandaya qaytarıb və maaşının ödənilməsi üçün kampaniya təşkil edib. 
Klubun sabiq prezidenti isə futbolçunun fikirləri təkzib edib: “Azərbaycanda o, sabit mövsüm keçirə və istədiyi kimi çıxış edə bilmədi. Nəticədə Brenes Kosta Rikaya qayıtdı. Meneceri bizə müraciət etdi, qayıdışını azarkeşlər rəğbətlə qarşıladı. Özünün də dediyi kimi, 3 variant arasında "Kartaxines" onun qarşısında müqavilə öhdəliklərini tam yerinə yetirən klub idi. Brenes hər zaman maaşını alıb və heç bir gecikmə olmayıb”.
Qeyd edək ki. 2012-ci ildə "Xəzər Lənkəran"ın formasını geyinmiş Rendall Brenes əsas uğurlarını "Kartaxines”də qazanıb. Brenes Kolumbiya komandası ilə iki dəfə (2014, 2015) çempionluq əldə edib. O, 2014-cü ildə Kosta Rika yığması ilə dünya çempionatında oynayıb.