Abşeron rayonu, Xırdalan şəhərində körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Tezexeber.com" APA-ya istinadən xəbər verir ki, hadisə Quşçuluq massivində baş verib.
2018-ci il təvəllüdlü Quluzadə Yazgül Qafur qızı valideyn nəzarətindən kənar evdə dolabı üzərinə aşırıb. O, ağır xəsarət alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.