Türk Hava Yolları yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aviareyslərin təxirə salınması müddətini 28 maya qədər uzadıb.
"Tezexeber.com" APA-ya istinadən xəbər verir ki, bu barədə THY-nin baş direktoru Bilal Ekşi məlumat verib.
B.Ekşi qeyd edib ki, pandemiya ilə mübarizədə uğur qazanmaq üçün ölkədaxili və ölkəxarici uçuşların müddətini uzaqtmaq məcburiyyətində qalıblar. 
Qeyd edək ki, THY-nin rəhbəri İlker Ayçı aviaşirkətin COVID-19-la mübarizə tədbirləri çərçivəsində əvvəlcə aprelin 17-dək, sonra isə mayın 1-dək uçuşların ləğv ediləcəyini bildirmişdi.