Mayın 4-dək uzadılan karantin dövrü bitdikdən sonra növbəti mərhələ üçün daha ciddi yumşaldılamalarla bağlı addımlar atılacaq və bu daha geniş spektri əhatə edəcək.
Vətəndaşları daha çox maraqlandıran  sahələrdən biri də insanların kütləvi olduğu ticarət mərkəzləri, bazarlardır. Bu sahələrin də fəaliyyətinə icazə veriləcəkmi?
Millət vəkili Fazil Mustafa “Ölkə.Az”a açıqlamasında bildirib ki, iri ticarət obyektləri,  bazarlar fəaliyyətini bərpa edə bilər. “ Nazirlər Kabineti yanında Operativ Mərkəz vəziyyətə uyğun olaraq müvafiq addımlar atacaq. Bununla bağlı qərar verilməmişdən öncə vəziyyət hərtərəfli təhlil ediləcək. Dediyimiz  iri ticarət mərkəzləri, bazarlarının fəaliyyətinin bərpası ilə bağlı problem yoxdur. Burada digər  ciddi  narahatedici məqamlar var. Bu da insanlarımızın  qaydalara riayət etməməsi ilə bağlıdır. Çünki son dövrlərdə müşahidələrimiz onu göstərir ki, insanlar qaydalara riayət etmirlər, maskasız gəzirlər. Bu da ciddi  narahatçılıq yaradır”, -deyə deputat bildirib.
Deputat əlavə edib ki, əgər insanlarımız qyadalar riayət edərsə, mayın 4-dən sonra daha çox yerləri açmaq olar.