Sumqayıtda 37 yaşlı kişinin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.
"Tezexeber.com" apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ramil Xəlilov tanışı Elxan Rüstəmov tərəfindən bıçaqlanıb. 
Yaralı xəstəxanaya yerləşdirilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, E. Rüstəmov saxlanılıb.