Türkiyənin Antalya şəhərində uçurumun kənarında şəkil çəkdirmək istəyən qadın yıxılaraq həyatını itirib.
Hadisə Türkiyənin Antalya şəhərində baş verib. Saat 20.30 radələrində Əslən Qazaxıstanlı olan 31 yaşlı Olesia Suspitsina adı açıqlanmayan rəfiqəsi ilə dəniz kənarındakı parka gedib. O uçurum kənarında foto çəkdirmək istəyərkən müvazinətini itirərək 35 metr hündürlükdən yıxılıb. Hadisə yerinə gələn tibb işçiləri qadının həyatını xilas edə bilməyiblər.