Müğənni Nadir Qafarzadə Xalq artisti Afaq Bəşirqızına dəstək çıxıb.
İfaçı ''İnstagram'' hesabında yeni doğulub keçəyə atılmış körpənin fotosunu yayımlayıb. O körpənin valideynlərini qınayaraq Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan fikrindən sitat gətirib.
''Afaq xanım da elə bunu deyirdi, amma başqa yerə yozdular. Bəziləri, oxumaq, işləmək adı ilə gəlirlər, ana, ata da elə bilir ki, qızlarə ya oğulları əməlli başlı işlə məşğuldurlar. Daha demirlər ki, otelləri, kafeləri, saunaları zəbt edib, min oyundan çıxırlar. Hələ yazıq Ərəblərin canı necə dincəlib'',- deyə o, qeyd edib.