Şəkidə arvadını bıçaqlamaqda təqsirli bilinən Xəyyam Yusubov məhkəməyə apelyasiya şikayəti verib.
Onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim Akif Eyvazovun sədrliyi ilə baxılacaq.
Məhkəmə baxış iclası mayın 6-na təyin olunub.
Qeyd edək ki, hadisə Şəki rayonunda baş verib.
Şəki Rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə daxil olan şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubova hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib. O bildirib ki, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq bədəninə batıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin apardığı araşdırma zamanı isə məlum olub ki, G.Yusibova əri tərəfindən bıçaqlanıb. 1978-ci il təvəllüdlü Xəyyam Yusubovun spirtli içkinin təsiri altında arvadını bıçaqladığı müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.