“Tədbirlər Planı tam hazırdır. Nazirlər Kabineti yanında Operativ Mərkəz şəhərlərarası daşınmalarla bağlı qərar verən an üçün bütün istiqamətlər üzrə bizim fəaliyyət planımız hazırdır və planlarımız dərhal işə düçəcək”.
Bunu  “Ölkə.Az”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, daşınmada birinci  Bakı, Abşeron və Sumqayıt qeydiyyatında olan sərnişinlərin daşınması istiqamətində  addımlar atılacaq. “Çünki Bakı və Abşeron qeydiyyatında olub və burada  işləyən insanlar  Novruz bayramı zamanı bölgələrə səfər etdilər. Karantin rejimin tətbiqi ilə əlaqədar olaraq yolların bağlanmasından  sonra orada qaldırlar.  Karantin rejimi yumşaldıldığından  iş yerləri açılır və həmin sərnişinlərin  daşınması vacibdir”.
 N. Allahyarova bildirib ki,  bu istiqamətdə işlər görüləcək. “ Bu gün ölkə üzrə 56 avtovağzal və avtostansiya kompleksi fəaliyyət göstərir. Bunlaırn hamısında məktub ünvanlanıb ki, hazır vəziyyətdə olsunlar. Sərnişindaşıma ilə bağlı Operativ Mərkəz qərar verən kimi   sərnişin daşımasını həyata keçirsinlər. Onlar sərnişin sıxlığına uyğun olaraq bütün işləri həyata keçirəcəklər. Lazım olarsa, xəttə əlavə  nəqliyyat vasitələri  buraxılacaq”- N. Allahyarova bildirib.