Qəbələ rayonunda xuliqanlıq və adam bıçaqlamaqda təqsirli bilinən Vasif Əliməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Tezexeber.com" report-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Qəbələ şəhər Mərkəzi Bazarında baş verib.
1997-ci il təvəllüdlü Vasif İsrafil oğlu Əliməmmədov şəxsi münasibətlər zəminində Anar Məhəmməd oğlu Aslanovu sol bel nahiyəsindən bıçaqlayıb. Zərbə onun qarın boşluğuna nüfuz edib.
V.Əliməmmədova Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham verilib.