Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsi sədrinin müavini, Baş Hərbi İstintaq İdarəsinin rəisi Aleksandr Soroçkini vəzifədən və hərbi xidmətdən uzaqlaşdırıb.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi məlumat portalında dərc edilib.
“Ədliyyə general-polkovniki Soroçkin Aleksandr Sergeyeviç RF İK sədrinin müavini – Baş Hərbi İstintaq İdarəsinin rəisi vəzifəsindən azad edilərək hərbi xidmətdən kənarlaşdırılsın”, - sənəddə belə deyilir.