Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru Mansur Mansurov vəfat edib.
"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, Əməkdar artist 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 1944-cü ildə Bakıda anadan olmuşdu. O, 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.