Azərbaycanın MDB Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.
“Ölkə.Az” xəbər verir ki, Azərbaycanın  MDB PA-kı  nümayəndə heyətinin rəhbəri Milli Məclisin sədri Sahibə Qafarova seçilib.
Nümayəndə heyətinin tərkibinə Mixail Zabelin, Aydın Mirzəzadə, Rauf Əliyev, Kamilə Əliyeva, İqbal Məmmədov, Emin Hacıyev, Nizami Səfərov, Afət Həsənova, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Bəxtiyar Əliyev, Rüfət Quliyev, Rasim Musabəyov, Jalə Əliyeva, Tamam Cəfərova, Anatoliy Rafailov, İltizam Yusifov, Arzu Nağıyev, Əminə Ağazadə və Sabir Hacıyev daxildir.
Milli Məclis sədri Sahibə xanım Qafarova eyni zamanda TürkPA nümayəndə heyətinin rəhbəri seçilib. Azərbaycanın Türkdilli Ölkələrin Parlament Assambleyasındakı (Türk PA) nümayəndə heyətinin rəhbəri və nümayəndə heyətinin tərkibi məlum olub.
Nümayəndə heyətinə millət vəkilləri Nizami Cəfərov, Sədaqət Vəliyeva, Cavanşir Feyziyev, Əhliman Əmiraslanov, Ağalar Vəliyev, Hikmət Məmmədov və Fazil Mustafa daxildir.