Dünyanın koronavirusla mübarizə apardığı bir dövrdə Şimali Koreya lideri Kim Çen İnin öldüyü barədə məlumatlar gündəmi zəbt edib. Bu dəfə isə onun tabutda fotosu yayılıb.
"Ölkə.Az" Qaynarinfo-ya istinadən xəbər verir ki, Şimali Koreya lideri haqqında şayiələrdən sonra bu foto viral olub və minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb. Kimin atasının cənazə mərasiminə aid olduğu düşünülən və photoshopla düzəliş edildiyi iddia edilən görüntü çoxlarını çaşdırıb.
Qeyd edək ki, ABŞ və Çin Şimali Koreya liderinin ürək əməliyyatı keçirib komaya düşdüyü barədə şayiələrin həqiqəti əks etdiri etdirmədiyini araşdırır.
Xatırladaq ki, ötən gün onun adından turizm bölgəsində çalışan fəhlələrə təşəkkür elanı yayımlanıb. Şimali Koreya mətbuatı isə təkidlə ölkə liderinin öldüyü barədə şayiələrin yalan olduğunu bildirir.