Tanınmış müğənni Manaf Ağayev lent.az-ın canlı yayımında qonaq olub. Ağayev sənət adamları arasında birliyin olmamasından gileylənib:

Müğənnilər arasında birlik yoxdur. Məsələn, bu gün Manafın üstünə gəlirlərsə, əksəriyyəti Manafı dəstəkləmir. Həmkarını dəstəkləyənlər arasında İzzət Bağıriov, Vasif Məhərrəmli, Ədalət Şükürov var. Onlar bilirlər ki, mən dar günün dostuyam. Hamısı bilir ki, mən nə işlər görürəm. Sadəcə, bunları görməy ürək lazımdır".
Ağayev bəzi gənc sənətçilərin davranış problemindən də danışıb:
"Hər zaman özümdən yaşda böyük sənətkarlara hörmətlə yanaşmışam. Hətta qalxıb stulumu vermişəm, gedib stul gətirmişəm. Amma indiki oxuyanların bəziləri məclisə gələn kimi deyir ki, məni tez yola salın, oxuyum gedim. Ayıb olsun sənə! Guya sən məndən icazə istəsən yox deməyəcəyəm ki. Bəziləri deyir ki, müğənni ailəsindən qız almaram, qız vermərəm. Əgər bir adamın qanında pis şey varsa, peşəsinin dəxli yoxdur. Mənim ailəm də, tərbiyə verdiyim övladlar da göz qabağındadır. Bəzi məmurların övladları nə gündədir. Sənin genində kişilik yoxdursa, sonradan mümkün deyil". 
M.Ağayev sənətçilərin dəbdəbəli evlərini nümayiş etdirməsinin tənqid olunmasına da münasibət bildirib:
"Mən otuz ildir toylardayam, çöllərdəyəm. Neçə illər yataqxanada yaşamışam, sonra bir mənzil almışam, sonra da Buzovnada sotu min manatdan torpaq almışam. Bunu misal üçün deyirəm. Nə böyük şeydir ki, ev almaq? Müğənninin evi olar, gözəl geyinər də. Türkiyədə müğənnilərin milyonları var. Niyə gedib beş yüz manat maaş alan məmurun villasından danışmırsınız?"