“Koronavirusun ən böyük mənəvi xeyri dünyada iddia edirəm ki, Azərbaycan xalqına dəyib. Ay yarımdır insanlar adam kimi sakitcə, təmtəraqsız, mollaların at oynatdığı məclislərdən uzaq, ölüsünü dəfn edib gəlib evində gələcək qayğıları ilə məşğul olurlar”.
Bunu millət vəkili Fazil Mustafa deyib.
 Onun sözlərinə görə, mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalıb. “Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, bu yobaz dinçi ünsürlərin müqavimətini qıraraq epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin. İsrafsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biridir”- deputat qeyd edib.