Dünyada koronavirusa qarşı ilk dəfə ABŞ-da peyvənd vurulan qadın təssüratlarını danışıb.

"Təzəxəbər.com" oxu.az-a istinadən xəbər verir ki, “The Telegraph” qəzetinə müsahibə verən 44 yaşlı Cennifer Haller peyvəndin riskinə baxmayaraq, pozitiv insan olduğunu və risk etmək üçün əlindən gələni etdiyi bildirib.
Onun dediyinə görə, peyvənd vurulandan sonra iki gün zəif hərarəti olub.
Bundan başqa, peyvənd olunan yerin az ağrısı olduğunu deyən Haller başqa heç bir narahatlığı olmadığını qeyd edib.
Haller koronavirusa qarşı peyvəndin qripə qarşı peyvənd kimi rahat olduğunu vurğulayıb.