Ermənistanda silahlı insident olub.
"Tezexeber.com" report-a istinadən xəbər verir ki, hadisə Qeqarkuniksk vilayətində baş verib.
Qavar rayonunda qeydə alınan silahlı insident nəticəsində 2 nəfər öldürülüb, daha 4 nəfər yaralanıb.
Məlumata görə, hadisə zamanı öldürülənlərdən biri hərbi polis müstəntiqidir.
Atışmanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.