"Hazırda cəmiyyəti orta və ali məktəblərdə buraxılış imtahanları ilə yanaşı, ali məktəblərə qəbul imtahanları ciddi düşündürür. Hazırda müvafiq icra hakimiyyəti orqanları vəziyyəti öyrənir və yaranmış duruma uyğun olaraq qərar qəbul ediləcək".
 Bunu “Ölkə.Az”a açıqlamasında AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.
 Onun sözlərinə görə, hazırda  Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzində məsələ üzərində işlər gedir və pandemiya ilə bağlı vəziyyət  diqqətlə izlənilir. “ Təbii ki, vəziyyətə uyğun olaraq müxtəlif mülahizələr, fikirlər və təkliflər  mövcuddur. Həmin təkliflər müvafiq təkliflər üzərində razılaşdırma işləri aparılır. Sadəcə mən  porosesin işində olmadığdan konkret bir söz deyə bilmərəm. Bu mənim səlahiyyətimə daxil deyil. Bu barədə   Operativ Mərkəz və adı çəkilən müvafiq qurumlar konkret fikir bildirə bilər. Hesab edirəm ki, vəziyyətə uyğun olaraq razılaşdırılmış addımlar atılacaq” - İ.Həbibbəyli bildirib.
İ.Həbibbəyli onu da əlavə edib ki, test sualları bir neçə ay əvvəl hazırlanır: “Amma koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər”.
Yay tətilinin ləğvi ilə məsələyə gəldikdə deputat bildirib ki, bu məsələ ilə bağlı addımlar vəziyyətə uyğun atılacaq. “Təhsil Nazirliyi bütün imkanlardan istifadə edərək qısa zamanda onlayn tədris proqramını tətbiq etməklə tədrisi həyata keçirməyə başladı və bu proses davam etməkdədir. Artıq onlayn, distant  tədris  prosesi geniş tətbiq edildiyindən  tədris proqramında elə də ciddi  gecikmə olmayıb. Hesab edirəm ki, tədris ilini qısa müddət artırmaqla  tədris proqramını  sıxlaşdırılmış qrafiklə başa çatdırmaq olar.
Bununla da boşluq aradan qaldırıla bilər. Mən belə düşünrəm, ancaq  rəsmi qərar necə olacaq deyə bilmirəm. Amma tədris müddətinin vaxtı uzadıla bilər”- deputat deyib.
Deputat bildirib ki, vaxtdan səmərəli istifadə etməklə  vəziyyətdən çıxmaq mümkün olacaq. 
Deputat sonda onu da  bildirib ki, Operativ Mərkəz  insanların təhlükəsizliyinin və sağlamlığının  təmin olunması  üçün əlindən gələni edir ki, pandemiya qısa zamanda  aradan qalxsın:  “Bildiyiniz kimi  hökumət   bütün gücünü səfərbər edib ki, pandemiya aradan qalxsın və ikinci dalğa olmasın. Təhsil müəssisələrində insan sıxlığı olduğundan  koronavirusa yoluxma  hallarının  yenidən təkrarlanmasın deyə, mərhələli qaydada  həm tədrisi bərpa etmək olar, həm də buraxılış imtahanları barədə konkret qərar vermək olar”.