Bakıda həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Vüqar Ələkbərov Ali Məhkəmə müraciət edib.
"Təzəxəbər.com" "Ölkə.Az"a istinadən xəbər verir ki, onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq.
Məhkəmə baxış iclası mayın 13-nə təyin olunub.
Qeyd edək ki, Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib.
Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.
Xətai rayonunun 36 saylı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb. Cinayət qısqanclıq zəminində törədilib.
V. Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.