Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının araşdırmaları davam etdirilir.
Hadisə aprelin 29-u saat 23:00 radələrində Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1999-cu il təvəllüdlü Azad Əliyev idarə etdiyi "VAZ-2103" markalı avtomobillə yolu piyada keçmək istəyən Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Fəridə Ələkbərovanı vuraraq öldürüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.