Bakıda qətl hadisəsi baş verib.
"Tezexeber.com" "Ölkə.Az"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 
Belə ki, axşam saatlarında “DSK yolu” kimi tanınan ərazidə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsi, Rayon Prokurorluğu və Bakış Şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb edilib. 
Əraziyə və meyitə baxış keçirilən zaman öldürülən şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu müəyyən edilib. Eyni zamanda meyitin yandırıldıqdan sonra yol kənarına atıldığı aşkar edilib.
Kriminal ekspertlərin apardığı araşdırma zamanı meyitin baş nahiyəsindən başqa bütün bədən üzvlərinin tamamilə yandığı məlum olub. 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə hadisənin təfərrüatlarını araşdırır. APA