Bakıda yaşlı qadına qarşı quldurluq etməkdə təqsirləndirilən Akif Məmiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


"Təzə Xəbər Com" Report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 17-də baş verib.
Əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Məmiyev Akif Yəhyə oğlu, həmin ünvanda yaşayan tanışı, 1928-ci il təvəllüdlü Ofiserova Lidiya Vasiliyevnaya zor tətbiq edərək evdə olan pul və qızıl əşyalarını tələb edib.
L.Ofiserova ona qarşı müqavimət göstərdiyi üçün A.Məmiyev hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində A.Məmiyev tutulub.
Ona Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə ittiham verilib.