Sabunçu rayonunda iki nəfər bıçaqlanıb.
"Tezexeber.com" apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.
1976-cı il təvəllüdlü Gözəlova Kəmalə Ayaz qızı və onun övladı - 1995-ci il təvəllüdlü Quliyeva Səadət İlyas qızı yaşadıqları evdə qohumları tərəfindən bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.