Ağstafa rayonunda həmyerlisini öldürməyə cəhddə təqsirli bilinən Tural Qurbanov Ali Məhkəməyə müraciət edib.
Onun müraciəti ilə bağlı məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.
İş üzrə məhkəmə baxış iclası mayın 20-nə təyin olunub.
Qeyd edək ki, Tural Qurbanov mübahisə zəminində Ağstafa rayon Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Rauf Fikrət oğlu Niyazovu ov tüfəngilə güllələyərək onu ağır yaralayıb. Daha sonra onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən qaçıb. Bir müddətdən sonra isə polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Xatıladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Ağstafa rayon sakini, 1983-cü il təvəllüdlü Tural İbrahim oğlu Qurbanova hökm oxunub. 
Cinayət Məcəlləsinin 29,120.1 (öldürməyə cəhd) maddəsi ilə ittiham olunan T.Qurbanov məhkəmənin qərarı ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.