Uzun zamandır istifadəçilərin həvəslə gözlədiyi Dark Mode rejimi axır ki, Whatsapp-a gəldi. iOS 13 və Android 10 istifadə edən istifadəçilər smartfonun ayarlarından Dark Mode rejimi açdıqlarında Whatsapp-da da Qaranlıq rejimə keçid edir. Həmçinin Android 9 istifadəçiləri WhatsApp-ın ayarlarından Dark Mode-u aça bilərlər.

Şirkət tərəfindən yayımlanan məlumatlara görə əsas 2 şeyə fokuslanılıb. İlki maksimum dərəcə göz yorğunluğunu azaltmaqdı. Digər önəmli məsələ isə yazıların oxuna bilməsidir. Şirkət Android və iOS-un Dark Mode-larına uyğun olaraq işləyib. Demək olar ki, Facebook şirkətinə məxsus Instagram və WhatsApp-a Dark Mode rejimi gəldi. İndi isə sıra Facebook tətbiqindədir.