"Təzə Xəbər" qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, Bərdə rayon sakini Qədirov Pərvin Famil oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşınının qoşqusu qəfildən alovlanaraq yanıb. Hadisə yerində FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisə nəticəsində Bakı-Qazax yolu Bakı istiqamətində yarım saatdan artıq bağlı qalıb.
Faktla bağlı araşdırma aparılır.